ABŞ Yəmənə yenə hava hücumu həyata keçirə bilər, amma quru əməliyyatı keçirməyə cəsarət etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib.
"Bu, hələ başlanğıcdır. Çox güman ki, bir neçə zərbə də olacaq. Əlbəttə, husilər də cavab verəcəklər. Əməliyyatların hava zərbələri ilə yekunlaşacağını düşünürəm. Amerikalılar quru əməliyyatına hazır deyillər. Buna görə də əllərində olan hər şeyi məhv edəcəklər. Sonra da bütün tapşırıqların yerinə yetirildiyini, husilərin məğlub olduqlarını açıqlayacaqlar. Baydenə indi kiçik və uğurlu əməliyyat lazımdır", - ekspert bildirib.