Qırmızı dənizdəki vəziyyət artıq dözülməz həddə çatıb. Belə vaxtda İran Yəməndəki husi üsyançılarını ticarət gəmilərinə hücumu dayandırmağa məcbur etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps deyib.
"Husiləri və bütün digər vəkillərinizi məcbur etməlisiniz. Hizbullah burada bariz nümunədir. İraq və Suriyadakı müəyyən qüvvələr etdiklərini dayandırsınlar. Gələcəkdə bunu etməkdən çəkinsinlər. Çünki bizim və bütün dünyanın səbri tükənir. Biz İranın nə etdiklərini görürük, bunun sonu yaxşı olmayacaq”, - Şapps bildirib.