13 Yanvar 19:42
2 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyənin Təhlükəsizlik Şurasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, mediaya qapalı şəraitdə keçirilən toplantı təxminən bir saat davam edib.

Prezident Ərdoğanın rəhbərliyi ilə keçirilən tədbirdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun, ölkə başçısının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər