Yanvarın 12-dən bəri Suriya və İraqda 77 terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Yaşar Gülər məlumat verib.
“Yanvarın 12-də 9 qəhrəman silahdaşımız şəhid oldu. Hücumlara dərhal cavab verilib və 23 terrorçu zərərsizləşdirilib. İraq və Suriyanın şimalında keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və neft obyektlərindən ibarət 78 hədəf məhv edilib, ümumilikdə 77 terrorçu zərərsizləşdirilib. Şəhidlərimizin qanı yerdə qalmadı. Başda PKK/YPG, FETÖ və İŞİD olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəmiz “terroru mənbəyində məhv etmək” anlayışı ilə son terrorçu məhv edilənədək artan templə əzm və qətiyyətlə davam edəcək”, - nazir bildirib.