23 Yanvar 2015 10:30
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya Səudiyyə Ərəbistanı Kralı Abdullah ibn Əbdüləzizin vəfatı ilə əlaqədar 40 gün matəm elan edib.

Məlumatda qeyd olunur ki, İordaniya Haşimilər Krallığının başçısı II Abdullah İbn Əl-Hüseyn Səudiyyə Ərəbistanı Kralının vəfatı ilə əlaqədar Davos forumunda iştirakını yarımçıq qoyaraq Səudiyyə Ərəbistanına gedib.

Dünən Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz vəfat edib. Ötən həftə səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilən Krala qaraciyər sətəlcəmi diaqnozu qoyulmuşdu. Vəfat edən kralın yerinə vəliəhd Şahzadə Salman ibn Əbdüləziz təyin olunub./trend/


Müəllif: