20 Yanvar 11:13
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya Baş naziri Mark Rutte oktyabrda Yens Stoltenberqin müddətinin bitməsindən sonra NATO-nun baş katibi postuna keçməyə çalışır.

Teleqraf.com xəbər verir ki, “Blumberq” agentliyi bir qrup ölkənin holland siyasətçinin təyinatını təmin etmək üçün işlədiyini yazır.

Baş katibin təyinatı ilə bağlı qərar yekdilliklə qəbul edilməlidir, ona görə də Ruttenin tərəfdarları NATO-ya üzv olan 31 ölkənin hər birini razı salmalıdır. Rutte bir çox NATO üzvü, o cümlədən Fransa və Almaniya tərəfindən dəstəklənir. Agentlik iddia edir ki, Donald Trampın yenidən ABŞ-də hakimiyyətə qayıtması Rutteyə “yaşıl işıq” yandıracaq.

“Blumberq” onu da bildirir ki, alyansın şərq cinahından olan ölkələr bu vəzifədə öz bölgələrinin nümayəndələrinin olmasını istəyirlər, bu səbəbdən də Rutte ilə bağlı tərəddüd edirlər.

NATO-nun gələcək baş katibinin namizədliyi ilə bağlı razılaşma alyans liderlərinin iyulda Vaşinqtonda keçiriləcək sammitinə qədər yekunlaşacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər