Yunanıstan parlamentinin deputatı Panayotis Paraskevaidis Türkiyəni hədəfə alan təxribatçı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, yunan deputat Türkiyəyə qarşı müharibə çağırışı edib.
“Türklər bir gecə qəfil adalarımızı ələ keçirəcəklər. Öz döyüş təyyarələrini düzəldirlər, biz də oturub gözləyirik. Təhdid edildiyimizə görə, bizim də İsrail kimi özünümüdafiə haqqımız var”, - Paraskevaidis deyib.