Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri üçün hazırlıq davam edir. Türkiyə ilə yüksək səviyyəli təmaslar gündəmdədir.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli təmaslar gündəmdədir və hazırlanır. İki lider səfərin tarixi ilə bağlı razılığa gələn kimi məlumat verəcəyik”, - Rusiya rəsmisi bildirib.