Rusiya Prezidenti Vladimir Putinin Kalininqrada gözlənilməz səfəri Avropanı qorxudub.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya nəşri "The Telegraph" yazıb.
"Vladimir Putin NATO ilə mümkün müharibə ehtimalını artıracaq addımlar atır. Onun Rusiya anklavı ilə həmsərhəd Aİ ölkələri arasındakı Kalininqrada gözlənilməz səfəri çaxnaşma yaradıb. Rusiya liderinin səfəri Aİ-də anklavın gələcək münaqişə ocağına çevrilə biləcəyi ilə bağlı qorxuların artdığı bir vaxtda baş tutub. Putin Baltik dənizinə yaxınlaşarkən İsveçin Qotland adasının şərq sahillərində döyüş təyyarələri həyəcan vəziyyətinə gətirilib", - məlumatda bildirilib.