27 Yanvar 18:25
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində azərbaycanlılar etiraz aksiyası keçirirlər.

Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısına toplaşıblar. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar etməkdir. Aksiya çərçivəsində “Mina sahəsi” adlı təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumat verən flayerlər paylanılır.

Aksiya erməni təşkilatlarının keçirdikləri ümumavropa aksiyasında yaydıqları yalan məlumatların qarşısını almaq məqsədilə keçirilən silsilə tədbirlərdəndir.//Report.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər