ABŞ döyüş təyyarələri səhər saatlarından etibarən Suriya-İordaniya sərhədində uçuşlarını intensivləşdirib.
Teleqraf.com xəbər verir ki, təyyarələr üç ABŞ hərbçisinin öldüyü Suriya ərazisinə yaxın Tənəf bazası yaxınlığında uçur.
Ağ Ev bundan əvvəl İordaniyanın Suriya sərhədi yaxınlığında yerləşən ABŞ hərbi bazasına PUA hücumunda üç hərbçinin həlak olduğunu açıqlayıb.
ABŞ Prezidenti Co Bayden baş verənlərə görə İrana bağlı silahlı qruplaşmaları ittiham edib:
“Bunun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik”.
ABŞ müdafiə naziri Lloyd Ostin də İranı ittiham edərək, adekvat cavabın verildiyini söyləyib.