Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması məsələsini həll etmək mümkün olsa, ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.
“Patriot” sistemlərinin (Türkiyəyə) satışı ilə bağlı danışıqlar prosesində idik, amma bu baş verəndə Türkiyə başqa istiqamətə getdi. Əgər istədiyimiz S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaq”, - ABŞ rəsmisi bildirb.