31 Yanvar 13:15
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb tərəfindən siyasi problemləri həll etmək üçün Amerika dolları potensial "silah" kimi istifadə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Təbii ki, dollar siyasi problemlərin həlli üçün aktiv, ya da potensial "silah"dır. Dollar və beynəlxalq maliyyə institutlarının qrantları məcburiyyət aləti kimi fəal şəkildə istifadə olunur. Birtərəfli sanksiyalar, ilk növbədə Asiya, Afrika və Latın Amerikası ölkələrində qurulmuş istehsal və təchizat zəncirlərini pozur və onların inkişaf perspektivlərinə zərbələr vurur", - nazir bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər