Gürcüstan hakimiyyəti ABŞ-la öz ərazisində iki dəfə təlim keçirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirliyə namizəd İrakli Kobaxidzenin hökumət proqramında deyilir.
Bildirilib ki, 2024-cü ildə Gürcüstan hakimiyyəti ABŞ-la birlikdə öz ərazisində Trojan Footprint xüsusi təyinatlı qüvvələrinin təlimini və Noble Partner çoxmillətli manevr təlimlərini keçirəcək.