4 Fevral 21:09
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin elektrik avtomobili istehsalçısı “Tesla”nın idarə heyətinin bəzi keçmiş və indiki üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə edirdilər.

Teleqraf.com xəbər verir ki, ABŞ mediasının yazdığına görə, onlar milyarderi əsəbiləşdirməkdən və “sosial kapitallarını” itirməkdən qorxduqlar üçün narkotik qəbul eməli olublar.

Bildirilir ki, Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin bəzi hazırkı və keçmiş direktorları iş adamının narkotikdən istifadə etdiyini bilsələr də, bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər.

“Tesla”nın direktorlar şurası Maskın narkotik istifadəsi ilə bağlı araşdırma aparmayıb və məsələ ilə bağlı narahatlıqlarını protokolda qeyd etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər