5 Fevral 08:28
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə, ilk növbədə Amerika sərhədlərini bağlamaq və qeyri-qanuni miqrantların kütləvi deportasiyasını təşkil etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Fox News-a müsahibəsində bildirib.

“Bizim etməli olduğumuz ilk şey sərhədi bağlamaqdır. Bizdə milyonlarla insan [ABŞ-da qeyri-qanuni yaşayan] ola bilməz. O zaman biz kütləvi deportasiya təşkil etməliyik”, - deyə o, aparıcının yenidən seçiləcəyi təqdirdə xarici siyasətdə ilk addımları barədə sualına cavab verib. Trampın sözlərinə görə, ənənəvi olaraq prezident seçkilərində Demokratların namizədini dəstəkləyən bir çox ştatlar hazırkı Amerika administrasiyasının qeyri-qanuni immiqrasiya məsələsi ilə necə məşğul olduğuna görə fikirlərini dəyişə bilər. “Nyu-Yorklular qəzəblidirlər. Respublikaçı olduğum üçün heç vaxt mənə səs verməyən insanlar , düşünürəm ki, onlar mənə səs verəcəklər.", - deyə o əlavə edib.

Onun fikrincə, prezident seçkilərində Nyu-Yorkdan başqa, Nyu Cersi, Virciniya, Minnesota və Nyu Meksiko kimi ənənəvi Demokratik ştatlar da onu dəstəkləyə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər