5 Fevral 21:45
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla ABŞ arasında heç vaxt müharibə olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli hərbi analitik Coşkun Başbuğ deyib.

“İran, ABŞ və İsrail arasında görünməz əməkdaşlıq var. Hər biri digərindən faydalanır. İsrail ABŞ-ni özünə cəlb etmək və ondan dəstək almaq üçün İranı təhdid kimi qələmə verir. İran tərəfindən təhdid edildiyini bildirərək ABŞ-yə “Burada ol” mesajını verir. ABŞ də Yaxın Şərqi işğal etmək üçün İsraili amilini önə çəkərək “İran böyük təhlükədir. Ona görə də burada olmalıyam” deyir. İran da bunları “əsas” götürərək, regionun digər İslam ölkələri üzərində “şiə quruluşu”nu tamamlayır”, - ekspert bildirib.

Arxa planda sövdələşmə olduğuna diqqət çəkən Başbuğ ABŞ-nin keçmiş prezidenti Donald Trampın sözlərini xatırladıb:

“Bütün bunlara baxanda arxa planda bir sövdələşmənin getdiyi görünür. Bu, son günlər özünü büruzə verir.

Trampdan sitat: “Süleymanini öldürəndə iranlılar mənə zəng edib dedilər ki, hücuma məruz qaldıq, buna reaksiya verməliyik, bazalarınıza raketlər atacağıq, ancaq narahat olmayın, heç bir şey olmayacaq. O gecə dünya ABŞ-İran müharibəsindən narahat idi, amma mən rahat yatdım. Çünki nə olacağını bilirdim”.

Başbuğ İranın Azərbaycana qarşı Ermənistana verdiyi dəstəyinə də diqqət çəkib:

“Dəfələrlə demişəm ki, arxa planda əməkdaşlıq var, bunu ən yaxşı Azərbaycana qarşı ermənilərə verdiyi dəstəklə gördük. PKK terrorçularını öz ərazisindən Ermənistana gətirən də İranın özü idi. Amma bu o demək deyil ki, bütün İran anti-Türkiyə mövqeyindədir. Əksinə, Türkiyədən sonra türklərin ən çox yaşadığı coğrafiya İrandır. İran əhalisinin təxminən 50 faizini Azərbaycan türkləri təşkil edir”.

Analitik hesab edir ki, Yaxın Şərqdəki xaos dərinləşməyəcək:

“Mən artıq demişdim ki, ABŞ İrana təpki bəhanəsi ilə İraq və Suriyanı vuracaq. Belə də oldu. İran guya İsrailə qəzəblidir, döyülən də İraq və Suriyadır. Minlərlə müsəlman qətlə yetirilib.

İsrail İrana müharibə elan etdiyini bildirir, yenə İraq və Suriyanı vurur. Bu çirkin dövrə illərdir davam edir. İran, İsrail və ABŞ-nin danışılmış bir döyüş içində olduğunu bilmək faydalıdır. Belə bir vəziyyətdə nə ABŞ İrana, nə də İran ABŞ və İsrailə hücum edər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər