Yəmənin “Ənsarallah” qruplaşmasının (Husilər) məhkəməsi eynicinsli münasibətdə ittiham olunan 13 nəfərin edam edilməsinə qərar verib.
Teleqraf.com xəbər verir ki, məhkəmə ölkənin qərbində yerləşən, husilərin nəzarətində olan İbb əyalətində baş tutub.
Məhkəmə zalında “homoseksual münasibət, nalayiq davranış, əxlaqsızlığa sövq etmək və əxlaqsız görüntülər yaymaq” kimi ittihamlarla üzləşən 16 nəfər olub.
Təqsirləndirilənlərdən üçü cəzasını həbsxanada çəkəcək, qalanları isə edam ediləcək.