7 Fevral 20:47
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşə hazırlıq davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov Rusiya liderinin Türkiyəyə səfərinin təxirə salınması barədə yayılan məlumatlar fonunda bildirib.

Peskov yenə də səfər tarixinə toxunmayıb və deyib ki, səfərin vaxtı razılaşdırılacaq.

Qeyd edək ki, TASS Türkiyədəki diplomatik mənbəyə istinadla Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfərinin təxirə salındığı haqda məlumat yayıb.

Türkiyənin “Hürriyyət” qəzetinin jurnalisti Hande Fırat da Rusiya Prezidentinin Türkiyəyə səfərinin təxirə salındığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər