Əfqanıstanda antiterror əməliyyatı zamanı 17 terrorçu öldürülüb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi bəyanat yayıb. Bildirilib ki, hücum nəticəsində ən azı 11 döyüşçü isə yaralanıb.
Bundan əlavə əməliyyatlarda 10 ədəd partlayıcı da zərərsizləşdirilib.
Əməliyyatlar əsasən Kandahr, Kunduz, Bəlx və Nimruz vilayətlərində aparılıb. Yerli qüvvələr arasında itki olmayıb.
Samir