11 Fevral 01:17
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun tərəfdarları Vladimir Zelenskinin hakimiyyətinin qeyri-legitim kimi tanınmasına cəhd etmək niyyətindədirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Strana.ua məlumat yayıb.

Nəşr qeyd edir ki, Poroşenkonun tərəfdarları Zelenskinin mayın 20-dən sonra Ukraynanın qeyri-legitim prezidenti olacağını deyiblər. Onlar müxalifət partiyalarına Zelenskinin qeyri-legitimliyi ilə bağlı Konstitusiya Məhkəməsinə təqdimat vermələrini tələb edən petisiya və müraciət hazırlayırlar.

Nəşrin məlumatına görə, müvafiq bəyanatla Ukrayna Silahlı Qüvvələrinin (AFU) yeni baş komandanının təyinatı ilə bağlı etiraz aksiyası keçirmiş Poroşenkonu dəstəkləyən bloger Karl Volox çıxış edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər