11 Fevral 18:37
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-da ABŞ ordusu Yəmənə yeni zərbələr endirib, “Ənsar Allah” hərəkatının husi üsyançılarına məxsus iki yerüstü pilotsuz uçan aparatı və üç qanadlı raketi hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Fevralın 10-da Səna vaxtı ilə saat 16:00-dan 17:00-a qədər CENTCOM qüvvələri özünümüdafiə məqsədilə Yəmənin Hudeyda şəhərinin şimalında yerləşən iki yerüstü pilotsuz uçan aparatı və üç mobil gəmi əleyhinə qanadlı raketi uğurla vurub”, – komandanlıq açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər