11 Fevral 19:30
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kralı III Çarlz fevralın 5-də Bukingem sarayının monarxa xərçəng diaqnozu qoyulduğunu elan etməsindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

Bazar günü səhər Əlahəzrət Norfolkdakı Sandrinqem kral mülkündə yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində keçirilən ayində iştirak edib.

Böyük Britaniya televiziya kanallarında nümayiş olunan kadrlarda Kraliça Kamillanın müşayiəti ilə 75 yaşlı kralın kilsəyə doğru getdiyi, yüngülcə çətir çubuğuna söykəndiyi, onu salamlayan insanlara əl yellədiyi və Canon Pol Uilyamsla əl sıxdığı görünür.

Əlahəzrətə xərçəngin hansı növü diaqnozu qoyulduğu barədə məlumat verilmir, lakin Britaniya mətbuatının yazdığına görə, kralın yanvar ayında xəstəxanaya yerləşdirildiyi və əməliyyat olunduğu prostat xərçəngindən söhbət getmir. Bildirilib ki, prosedur zamanı narahatlığa daha bir səbəb müəyyən edilib və testlər monarxın xərçəng xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib.


Müəllif: Teleqraf.com