Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatdı, onun ağırlıq mərkəzi Qərbdən Asiya-Sakit Okean regionuna keçir.
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Avstriyanın keçmiş Kansleri Volfqanq Şussellə görüşündə bildirib.
“Biz qlobal iqtisadiyyatda dövrü dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin dominantlığı sona çatdı. Biz etiraf etdik ki, qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələr var. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzi - pul və mənfəət mərkəzi Qərbdən Asiyaya doğru dəyişir. Qlobal iqtisadiyyatın özəyi artıq transatlantik deyil, Trans-Sakit Okean regionundadır”, – deyə qəzet Orbanın sözlərindən sitat gətirir.