Finlandiyada keçirilən prezident seçkilərinin ikinci turunda Milli Koalisiya Partiyasından namizəd Aleksandr Stubb liderlik edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Səslərin 58,3 faizi hesablandıqdan sonra Stubb 52,7 faizlə öndədir.
Keçmiş xarici işlər naziri və parlamentin üzvü Pekka Haavisto 47,3 faiz səs toplayıb.