11 Fevral 23:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarları Ermənistanda mən qəbul etmirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Teleqraf”a müsahibəsində deyib.

"2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib-edilməyəcəyinə baş nazir qərar vermir", - deyə baş nazir bildirib.

Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı əhalinin qeyri-qanuni deportasiyasından ibarət hərbi cinayətlərdə iştirak etməkdə ittiham edərək barələrində həbs qərarı çıxarıb.


Müəllif: Teleqraf.com