Rus qoşunları Donetsk vilayətinin Pervomayskoe kəndinə girərək kəndin 40%-ni işğal ediblər.
Teleqraf.com xəbər verir ki, bunu "Bild" nəşrinin açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke deyib.
"Rusiya qüvvələri Pervomayskidə irəliləməyə davam edir. Hazırda Donetskin qərbindəki kiçik kəndin (əvvəllər 2200 əhalisi olan) təxminən 40%-nə nəzarət edirlər",- o bildirib.