Rusiyanın Stavropol şəhərində yerləşən hərbi hissələrdən birinin ərazisində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin meri İvan Ulyançenko məlumat yayıb.
Yanğının qərargahın binasının birinci mərtəbəsində baş verdiyi qeyd olunub. Binanın içərisindəkilər təxliyə olunub, yanğın söndürülüb.
İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.