Nigeriyada “Boko Haram” terrorçu qruplaşması daha bir qətliam törədib. Silahlılar Mayduquri şəhərinin yaxınlığındakı kəndə hücum ediblər.
Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, nəticədə ən azı 15 nəfər ölüb.
Məlumata görə, yaraqlılar kəndi gülləboran edib, evlərin çoxunu yandırıblar.
Qeyd edək ki, ölkənin şimal-şərqindəki hadisə Nigeriya prezidenti Qudlak Conatanın bölgəyə səfəri ərəfəsində baş verib.