Birləşmiş Ştatlar Ukraynaya kreditlə hərbi yardım etməlidir, çünki bu ölkənin çoxlu resursları var və Amerikanın dövlət borcu 34 trilyon dolları keçib.
Teleqraf.com xəbər verir ki, bu fikri ABŞ senatoru Lindsi Qrem CBS telekanalının efirində bildirib.
“Avropa Ukraynaya köçürdükləri 50 milyard dolların 33 milyard dollarını borc alıb. Gəlin bunu kreditə çevirək. Bacardıqları zaman borcu qaytarsınlar. Çünki 34 trilyon dollar borcumuz var” deyən Qrem İsrail və Tayvana yardımın eyni şərtlərlə verilməsi lazım olduğunu qeyd edib.