Yunanıstanda bu gün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə 9 milyon 808 min 760 seçici 19 min 733 səsvermə məntəqəsində səsvermə haqqından istifadə edə biləcək.
Teleqraf.com-un məlumatına görə, yerli vaxtla səhər saat 7.00-da başlayan səsvermə saat 19.00-da başa çatacaq. İlkin nəticələrin elan edilməsi seçkiləri bitirdikdən sonra iki saat sonra gözlənilir.
Rəy sorğularının nəticələrinə görə, seçkiyə qatılan 21 partiyadan 7-i 3 faizlik baryeri aşaraq, parlamentdə təmsil oluna biləcəklər. Seçkilərdə sol mərkəzçi təmayüllü partiyaların üstünlük qazanacağı ehtimal edilir.
Nail Cəlil