25 Yanvar 2015 20:52
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ovçularla terrorçuların savaşı qadınlara baha başa gəlib.

“The Times of İndia” Qərb mənbələrinə istinadən xəbər verir ki, Boko Haram 200 nəfərə yaxın girovu azad edib. Azadlığa qovuşanların çoxu qadındır. Onların əksəriyyəti Nigeriyanın Yobe vilayətinin paytaxtı Damaturidə girov götürülmüşdu. Bu məlumatı yerli icmanın liderləri və hərbi qaynaqlar təsdiqləyib.

Bütövlükdə isə 218 qadın və uşaq girov götürülmüşdü."Boko Haram onlardan 192 nəfərini azad edib. Onların çoxu bu ayın əvvəlində əsir alınmışdı”, yerli Katarko icmasının lideri Qoni Mari deyib.

“Onlar girovları 4 yük maşının kuzasında gətirib Qirbuva kəndində sərbəst buraxdılar. Biz də onları oradan götürüb hökumət həbsxanasına apardıq”.

Qəzet xatırladır ki, Boko Haram həmin qadınları əsir götürərkən kənddə 25 nəfəri öldürmüş və insanların evinə od vurmuşdu.

Ehtimal olunur ki, Bako Haramın bu hərəkəti intiqam xarakteri daşıyıb. Belə ki, bu hadisədən əvvəl yerli ovçular terror təşkilatından bir neçə nəfəri öldürüb, onlarla terrorçunu isə həbs etmişdi. Yanvar ayının əvvəlində baş vermiş həmin hücum da ovçuların hərəkətlərinə cavab olaraq həyata keçirilib.

Azad olunan qadınlarla aparılmış ilk danışıqlardan bəlli olub ki, terrorçular onları zorlayıb, çoxunu isə güclə qul kimi işləməyə məcbur ediblər. /musavat.com/


Müəllif:

Oxşar xəbərlər