20 Fevral 13:34
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya-Herseqovina, Moldova, Gürcüstan, Serbiya NATO-ya cəlb ediləcək, bütün bunlar Ukrayna ssenarisi üzrə baş verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Finlandiya, ardınca İsveçin NATO-ya üzv olması Şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Bosniya-Herseqovina, Moldova, Gürcüstan və Serbiyanı da alyansa cəlb edəcəklər. Bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq”, - Belarus lideri bildirib.

Lukaşenko Belarusun da uzun sürən böyük hərbi-siyasi böhranın episentrində olduğunu iddia edir.

“Proqnozlar məyusedicidir, kollektiv Qərbin iştahı və fəallığı ancaq artacaq. Vaşinqton və müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir. Açıq deyirəm: Avropanın bütün liderləri ABŞ vətəndaşlarına çevriliblər. Avropa Birliyinin ərazisində kimin siyasəti və maraqlarının dominant olduğu şübhə doğurmur”, - Belarus prezidenti vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər