20 Fevral 18:39
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynanın Avdiv şəhərinin ələ keçirilməsindən dərhal yararlanmaq üçün döyüş qabiliyyəti çatışmır.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Rusiya qoşunları ötən həftə Avdiv və şəhərin şimalında yerləşən koks zavodu üzərində nəzarəti ələ keçirib. Şəhər ətrafında şiddətli döyüşlər 2023-cü ilin oktyabrından davam edir. Eyni zamanda, şəhər və zavod 2014-cü ildən cəbhə xəttinin bir hissəsidir.

Ukrayna qüvvələri Avdivin qərbində mühafizə olunan mövqelərə çəkiliblər.

“Böyük ehtimalla Rusiya qüvvələri Avdivin ələ keçirilməsindən dərhal yararlanmaq üçün döyüş effektivliyinə malik deyil və bir müddət istirahət və yenidən təchizat tələb olunacaq. Çox güman ki, Rusiya ərazilərə nəzarətini Avdivdən kənarda tədricən genişləndirməyə çalışacaq”, - Britaniya kəşfiyyatı bildirir.

Ukrayna ordusu briqadasının komandirinin müavini Maksim Jorin şəhərin bu günə qədər ruslar üçün ən böyük qəbiristanlığa çevrildiyini söyləyir. Onun sözlərinə görə, Rusiya minlərlə əsgərini xarabalığa çevrilmiş şəhərə qurban verib. Jorin qeyd edir ki, ruslar Avdiv uğrunda gedən döyüşlərdə itkilərinin miqyasından şoka düşüblər.

Məlumata görə, dörd ay davam edən hücumda rus ordusu 47 min hərbçisini itirib, eləcə də 364 tank, 248 artilleriya sistemi və onlarla digər texnika məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər