20 Fevral 20:24
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Gələcəyin Oyunları” beynəlxalq turnirinin açılış mərasimində iştirak etmək üçün fevralın 21-də Rusiyaya işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Akordanın (Qazaxıstan Prezident Administrasiyası) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, tədbirdə Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın başçıları, bir sıra digər dövlətlərin nümayəndələri də iştirak edəcəklər. Bildirilib ki, martın 3-dək Kazanda keçiriləcək oyunlarda müxtəlif ölkələrdən 260-dan çox komanda və 2 000 idmançı iştirak edəcək.

Məlumata görə, Qazaxıstana 2025 və ya 2026-cı illərdə “Gələcəyin Oyunları”na ev sahibliyi etmək təklif olunur.


Müəllif: Teleqraf.com