Böyük Britaniyada hökumət məktəblərdə şagirdlərin mobil telefondan istifadəsini qadağan edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, şagirdlərin tənəffüs vaxtı da mobil telefondan istifadə etməsi qadağan olacaq.
Qeyd edək ki, Böyük Britaniyanın Təhsil Nazirliyi ölkədə 12 yaşlı və daha böyük uşaqların 97 faizinin mobil telefonunun olduğunu və şagirdlərin mobil telefondan istifadəsini qadağan edən məktəblərdə təhsilin keyfiyyətində nəzərəçarpan irəliləyiş müşahidə olunduğunu bildirib.
Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun