21 Fevral 00:57
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Lissabondakı səfiri Mixail Kamınin Aleksey Navalnının ölümü ilə bağlı Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Qeyd edək ki, fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiya səfirinin müşavirini çağırıb. Ardınca Rusiya diplomatları İspaniya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Finlandiya, Fransa, Almaniya, İsveç və Estoniyanın Xarici İşlər Nazirliklərinə də çağırılıb.

Xatırladaq ki, fevralın 16-da A.Navalnı həbsxanada ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər