21 Fevral 01:56
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya qarşı sanksiyalarla bağlı çox aydın mövqeyimiz var. Biz sanksiyalar tətbiq etmirik və bu məsələdə çox güclü arqumentlərimiz var.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrellə birgə mətbuat konfransında deyib.

Baş nazir Tbilisinin Rusiyaya qarşı sanksiyalara qoşulması ehtimalını istisna edib. Bununla yanaşı, Kobaxidze Ukraynanı siyasi cəhətdən qətiyyətlə dəstəklədiklərini bildirib.

O, həmçinin Ukraynanın bəzi rəsmilərinin Gürcüstanda "ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatları, o cümlədən ABŞ-ın Baş katibinin bəyanatından təəssüfləndiklərini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər