21 Fevral 08:00
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Krallıq Hərbi Dəniz Qüvvələri yenilənmiş HMS Vanguard nüvə sualtı qayığından Trident II D5 ballistik raketinin uğursuz sınaq buraxılışını həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” qəzetinə məlumat yayıb.

Raket buraxıldıqdan sonra kursdan çıxıb və sualtı qayığın yanına düşüb. Eyni zamanda, sualtı qayığın göyərtəsində Böyük Britaniyanın Müdafiə Naziri Qrant Şapps və Birinci Dəniz Lordu (Dəniz Qüvvələrinin rəhbəri) admiral Ben Key olub.

Krallığın Müdafiə Nazirliyi buraxılış zamanı “anomaliyanın baş verdiyini” bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər