22 Fevral 11:30
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İsveçin təhlükəsizliyinə ən böyük təhlükə yaradır.

Teleqraf.com xəbər verir ki, bunu İsveç Dövlət Təhlükəsizlik Xidmətinin (DSB) direktoru Şarlotta fon Essen deyib.

“Hamımız ciddi təhlükəsizlik şəraitində yaşamağı öyrənməliyik. Əvvəla, Rusiya, eləcə də Çin və İran İsveç üçün ən böyük təhlükəni yaratmaqda davam edir. Bu ölkələr mövcud təhlükəsizlik sistemini dəyişmək üçün birgə işləyirlər”, - fon Essen bildirib.

Təhlükəsizlik xidmətinin Əməliyyat İdarəsinin rəisi Fredrik Hallströmün sözlərinə görə, Rusiya casusları Qərb ölkələrindən qovulduqca, Moskva taktikasını dəyişir, daha fürsətçi üsullardan istifadə edir.

İsveçin NATO-ya üzvlüyü üçün müraciəti Macarıstan tərəfindən təsdiqlənməlidir. İsveç, eləcə də Rusiyanın qonşusu Finlandiya ötən il alyansa üzv olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər