26 Yanvar 2015 06:37
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən iyirmi faiz rusiyalı pensiyasız qala bilər, çünki təqaüd fonduna onlar üçün heç kim ödənişlər etmir”.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Maksim Topilin bildirib.

Nazirin sözlərinə görə, əhalinin təxminən 12 faizi iş tapa bilmir və onlar “peşəkar işsizlər” hesab olunur. Amma nazir bu insanların əlavə gəlirə malik olmadığına əmin deyil: “Təəssüf ki, kifayət qədər qeyri-leqal iş sxemləri mövcuddur. Rusiya hökumətinin hərəkətləri məşğulluğun qanuniləşdirilməsinə yönəldilib”.

O, qeyd edib ki, əmək fəaliyyətinə yararlı olan əhalinin təxminən 20 faizinin adı təqaüd fondunun məlumat bazasında yoxdur.


Müəllif:

Oxşar xəbərlər