22 Fevral 11:38
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir müttəfiq Ukraynaya F-16-ların tədarük edilib-edilməməsinə özü qərar verəcək. Amma özünümüdafiə hüququ var, bura Ukraynadan kənarda Rusiya hərbi obyektlərinə zərbələr endirmək də daxildir.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

O hesab edir ki, rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü və Rusiyanın bir neçə ay ərzində cəbhədə irəliləyişi NATO və müttəfiqlərinin diqqətini Ukraynaya yardıma yönəltməlidir.

“Qəti şəkildə inanıram ki, Aleksey Navalnının xatirəsini ehtiramla yad etməyin ən yaxşı yolu Prezident Putinin döyüş meydanında məğlubiyyəti və Ukraynanın qələbəsini təmin etməkdir”, - Stoltenberq bildirib.

Ukraynanın F-16 qırıcılarından nə vaxt istifadə edə biləcəyi barədə soruşulduqda o, bunu dəqiq bilmədiyini söyləyib. Eyni zamanda qeyd edib ki, Ukraynanın bütün müttəfiqləri bunu tez bir zamanda istəyir.

“Hər bir müttəfiq Ukraynaya F-16-ların tədarükü ilə bağlı özü qərar verəcək. Həmçinin Ukraynanın özünümüdafiə hüququ var, bura Ukraynadan kənarda Rusiya hərbi obyektlərinə zərbələr endirmək də daxildir”, - NATO baş katibi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər