22 Fevral 13:48
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin taleyi kədərlidir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Vladimir Zelenski yaddaşlarda mənfi obraz kimi qalacaq. O, xalqına yaxşı heç nə gətirmədi. Amerika Ukraynaya bu qədər vəsait ayırır. Onları da heç başa düşmək olmur. Ölkələrini gücləndirmək, şəxsi problemlərini həll etmək əvəzinə amerikalıların əksəriyyətinin harada olduğunu bilmədiyi bir ölkə üçün yüz milyardlarla dollar xərcləyirlər. Əminəm ki, bir çox amerikalı uzun müddət Ukraynanın harada olduğunu xəritədə axtarıblar. Bu gedişlə Ukraynanın yerini heç xəritədə də tapa bilməyəcəklər".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər