22 Fevral 17:08
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə qarşı təhqiramiz ifadələri Amerikanın özünü təhqir edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Kreml nümayəndəsinin fikrincə, Bayden sadəcə daxili siyasi məqsədləri üçün “Hollivud kovboyu” rolunu oynayır.

“ABŞ dövlət başçısının bu cür sərt bəyanatları başqa dövlətin başçısını, xüsusən də Prezident Putini çətin ki, incidə bilər. Amma bu, ölkənin özü üçün böyük biabırçılıqdır. Cənab Bayden özünü daxili siyasi maraqlar üçün “Hollivud kovboyu” kimi aparır”, - Rusiya rəsmisi bildirib.

Peskov əlavə edib ki, Putin heç vaxt Baydeni təhqir etməyib, ABŞ prezidentinin köməkçiləri belə bir ifadə tapa bilməzlər:

“Əgər belə bir ölkənin prezidenti belə lüğətdən istifadə edirsə, bu, ayıbdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər