23 Fevral 15:15
2 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna-Rusiya münaqişəsini qısa müddətdə həll edə biləcəyini iddia edir.

Teleqraf.com xəbər verir ki, sabiq prezident dünyanın qlobal müharibəyə çox yaxın olduğunu deyib.

“Seçkidə qalib gələndən dərhal sonra Rusiya ilə Ukrayna arasında razılığa gələcəm”, - Tramp bildirib.

Amerikanın keçmiş liderinin sözlərinə görə, Üçüncü Dünya Müharibəsinin başlamasının qarşısını yalnız o ala bilər.

“Üçüncü Dünya Müharibəsinə çox yaxınıq”, - Tramp vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər