23 Fevral 16:58
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk razılaşmalarını təkrarlamaq, münaqişənin yenidən dondurulmasını istəmirik.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“İnsanlarımızı məhv edən tanklarla danışıqlar danışıq deyil. Makron və Şolz müharibə başlamazdan əvvəl Putinlə danışıblar. Putin isə təkid edib ki, heç bir işğal olmayacaq”, - Zelenski bildirib.

Onun fikrincə, Rusiya prezidenti nə deyir desin, ona inanmaq mümkün deyil.

“Ukraynalılardan müharibənin nə vaxt bitəcəyini soruşmaq ədalətli deyil. Bunu etmək üçün əlimizdən gələni edirik. Amma düzünü desək, dünya Putinin məğlubiyyətinə tam hazır deyil. Dünya Rusiyadakı dəyişikliklərdən qorxur”, - Ukrayna prezidenti əlavə edib.

Onun sözlərinə görə, dünya Vladimir Putinin bütün “qırmızı xətlər”i keçdiyini başa düşəndə ​​Ukraynadakı münaqişə başa çatacaq.

Zelenski həmçinin bildirib ki, Ukrayna yeni əks-hücum əməliyyatına hazırlaşır, məqsəd silahlı qüvvələrin Qara dənizdəki uğurlarını inkişaf etdirmək olacaq. O, əks-hücum barədə ətraflı məlumat verməyib, amma qeyd edib ki, Rusiyanı “sürprizlər” gözləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər