Çinin şərqindəki Szyansu əyalətinin Nankin şəhərində cümə günü səhər saatlarında baş verən yanğında 15 nəfər ölüb, 44 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Xinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, cümə günü saat 04:39 radələrində (Bakı vaxtı ilə saat 00:39) yerli yanğınsöndürmə xidmətinə yaşayış binasında yanğınla bağlı həyəcan siqnalı daxil olub. Xilasedicilər saat 06:00 (02:00) radələrində yanğını söndürüb, saat 14:00 (10:00) radələrində hadisə yerində axtarış-xilasetmə əməliyyatı başa çatıb.
İlkin araşdırma zamanı məlum olub ki, yanğın elektriklə işləyən mopedlərin yerləşdiyi binanın birinci mərtəbəsində baş verib.
İstintaq aparılır.