25 Fevral 13:57
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, – hərbi qurumun açıqlamasında qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər