Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsinə hücum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hadisə nəticəsində 15 nəfər həlak olub.
Silahlılların hücumu nəticəsində iki nəfər yaralanıb.
Ekassane kəndi Burkina Faso, Mali və Niger arasındakı sərhəddə yerləşir.
Xatırladaq ki, 2015-ci ildən bəri Burkina Fasoda terror hücumları zamanı 20 minə yaxın insan həyatını itirib.