18 Mart 13:45
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilə hərbi müqaviləyə xitam verilməsi qərarı Vaşinqtonun Niger hökumətini İranın bu ölkənin uran ehtiyatlarına çıxışını təmin etmək üçün sövdələşməyə getməkdə ittiham etməsi ilə bağlı ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” rəsmi mənbələrə istinadla məlumat yayıb.

Nigerə gələn ABŞ dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Molli Fi və Silahlı Qüvvələrin Afrika Komandanlığının rəisi, general Maykl Lenqli uran yataqlarının istifadəsi ilə bağlı İranla əməkdaşlığından narahatlıqlarını bildirib.

ABŞ nəşri fevralda İranla Niger arasında danışıqların irəlilədiyini yazır. Nəşrə danışan ABŞ rəsmisinin dediyinə görə, tərəflər ilkin razılaşmaya imza atıblar. Digər iki mənbə isə müqavilənin tamamlanmadığını iddia edib.

ABŞ kəşfiyyatının fikrincə, razılaşma nəticəsində İran Nigerin uran ehtiyatlarının bir hissəsinə çıxış əldə edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər